"Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarətdədir " - Deputat
Fidan Həmişəyeva
09:52 04.03.2020
Cəmiyyət
855
“Prezident istənilən ciddi məsələni daim nəzarətdə saxlayır. Və bunun qarşısının alınması istiqamətində addımlar atır”
"Dövlət başçısının dünənki səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır”
Dünən Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Koronavirus təhlükəsi ilə əlaqədar heç bir dövlət başçısı səfərlər etmədiyi halda, Prezident İlham Əliyev bölgələrə səfərini təxirə salmadı.
Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Prezidentin göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb.
Ölkəmizdə xəstəliyin yayılması ehtimalı o qədər yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır. Bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Ölkə başçısının tapşırığı ilə koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirləri görülür. Ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur.
İqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusla bağlı ciddi bir təhlükə və narahatlıq yoxdur:
“Buna baxmayaraq dövlətimiz maksimal formada əlindən gələni edir ki, təhlükəli durumun qarşısını alsın. Azərbaycanda koronavirus təhlükəsinin olmaması o demək deyil ki, arxayın olmalıyıq. Cənab Prezidentin atdığı addımlar, Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargahın yaradılması ilə bağlı verdiyi göstəriş onu göstərir ki, ölkə başçısı təhlükə ilə əlaqədar narahatdır. Amma təşvişə düşmək üçün heç bir əsas yoxdur. Narahatlığın olması təbiidir, bu narahatlıq onu göstərir ki, dövlətin siyasəti öz xalqını həmin xəstəlikdən qorumaqdır. Düşünürəm ki, koronavirusla bağlı məsələ aprel ayının axırlarında öz həllini tapacaq”.
Deputatin sözlərinə görə, cənab Prezidentin Goranboyda əhali ilə görüşü, müəssisələrin açılışından iştirakı onu göstərir ki, o daim xalqımızın yanındadır:
“Ölkə başçısı bütün məlumatları birbaşa xalqdan alır. Bu da ölkəmizdə demokratiyanın inkişafına böyük təkan verir. Göründüyü kimi, Azərbaycanda atılan addımlar ölkəmizdə bu xəstəliyin geniş yayılmasının qarşısını aldı. Zamanında sərhəd-keçid məntəqələrinin bağlanması, Azərbaycana giriş və çıxışın nəzarət altına götürülməsi, eləcə də xəstəliyin yaranma səbəbləri ilə bağlı dünya təcrübəsinin, ilk növbədə isə Çin təcrübəsinin öyrənilməsi xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Cənab Prezident istənilən ciddi məsələni daim nəzarətdə saxlayır. Və bunun qarşısının alınması üçün addımlar atır. Dövlət başçısının dünənki səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır. Azərbaycan dövləti apardığı siyasətlə dövlətin nüfuzunu artırır, insanların dövlətə olan inamını gücləndirir. Bu, belədir və bundan sonra da belə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual