AzTV-dən TRT AVAZ-a uzanan bir ömür: Nailə Əkbərova 62 yaşında vəfat etdi

Telejurnalist, rejissor Nailə Əkbərova rəhmətə gedib. Məlumata görə, 62 yaşlı jurnalist uzun müddətdir müalicə alırmış.

Nailə Əkbərova jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT AVAZ” kanalında fəaliyyət göstərib. N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarından hesab olunur.