Bağça müəllimi bıçağı qızdırıb, uşağın əlinə basıb? - VİDEO

3 yaşlı uşağın paytaxtın Suraxanı rayonunda fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qalması ilə bağlı iddia yayılıb.

Bu iddia ilə "Xəzər Xəbər"ə uşağın valideyni Aygün Adıgözəlova müraciət edib.

Valideynin bildirdiyinə görə, bağçanın tərbiyəçi-müəllimi bıçağı qızdırıb uşağın əl nahiyəsinə - barmağına toxundurub.

Onun sözlərinə görə, buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimdən xahiş etməsi olub.

Aygül Adıgözəlova deyir ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı o, körpələr evi uşaq bağçasının müdiriyyətinə müraciət etməyib.

Valideyn iddia edir ki, bu il aprelin 8-də 3 yaşlı övladı bağçanın tərbiyəçi-müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qalıb və bu dəfə daha fərqli.

Şikayətçinin sözlərinə görə, artıq məsələ ilə bağlı polisə müraciət edilib, iş prokurorluq orqanları tərəfindən araşdırılır.

Bağçanın tibb baсısı Könül Abdulova onu da qeyd edib ki, uşağın döyülməsində ittiham olunan tərbiyəçi-müəllim İlahə Qarayeva 2024-cü ildən adıçəkilən müəssisədə işə başlayıb. Hadisədən sonra məzuniyyətə çıxdığından işə gəlmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə bağlı polisə məlumat daxil olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.

VİDEO