Bakıda bu balıq məhsulunun satışı dayandırıldı - FOTO
Fidan Həmişəyeva
14:56 10.02.2020
Cəmiyyət
655
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Karona LTD” MMC-yə məxsus balıq məhsullarının saxlanma anbarına baxış keçirib. AQTA-dan verilən məlumata görə, qurum tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
Sözügedən tədbirlər çərçivəsində keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiketlərində əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib.
Bununla bağlı Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxlama keçirilib. Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib. Məhsulun satışı dərhal dayandırılıb.
Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm