Bakıda xaçapuri və simit istehsal edən müəssisədə antisanitar vəziyyət - FOTO
Fidan Həmişəyeva
10:50 28.02.2020
Cəmiyyət
624
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.
Ümumi sahəsi 25 m2-lik ayrıca tikilidə təşkil edilmiş kustar üsulla xaçapuri və simit istehsalı və satışı ilə məşğul olan sexdə yoxlama zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən olunub.
Sexdə istifadə olunan sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların və unlu məmulatlar yığılan rəfin istismar müddətinin bitdiyi, onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Unun saxlanması, ələnməsi, yoğrulması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışının eyni sahədə təşkil edildiyi aşkarlanıb. Bu isə qida təhlükəsizliyi baxımından istehsal olunan məhsulların fiziki, kimyəvi və mikrobioloji çirklənməsi üçün əsaslı təhlükə yaradacaq risk ehtimalını artırır.
İstehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Qanunvericiciliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual