“Bayramda dövlət qurumlarının çalışması düzgün qərardır” – Deputat
Fidan Həmişəyeva
12:31 16.03.2020
Cəmiyyət
946
Koronavirusun (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti ciddi önləyici tədbirlər görür. Aparılan profilaktik işlərdən biri də bəzi dövlət strukturlarının Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışmasıdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, səhiyyə işçiləri, Daxili İşlər Nazirliyi və digər bütün dövlət müəssisələri bayram günlərində işləyəcək.
Mövcud durumla bağlı “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli bildirib ki, bəzi dövlət müəssisələrinin bayram günlərində çalışması düzgün qərardır:
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı pandemiya elan edib. Pandemiyanın epidemiyadan fərqi odur ki, bu virus bütün bəşəriyyət üçün təhlükə tördən bir xəstəlikdir. Təbii ki, böyük dövlətlər təhlükəsizlik tədbirlərini görürlər. Həmçinin ölkəmiz də bu sahədə ciddi addımlar atılır. Məsələ haqqında Milli Məclisin müvafiq komitələrində müzakirələrə başlamışıq. Sabahkı Parlamentdə qanun səviyyəsində sənəd qəbul edilə bilər”.
Deputat hesab edir ki, təhlükəsizlik tədbirlərinin ən mühüm tərəflərindən biri izolyasiya məsələləridir:
“Çətin olsa da, bayramda bəzi dövlət müəssisələrinin adi iş rejimində çalışması düzgün qərardır. İndiki zamanda insanlar xəstəliklə mübarizə metodlarını axtarmalıdır. Fikrimcə, operativ ştatlar, lazım olan vəzifəli şəxslər və təşkilatlar mütəmadi olaraq işləyəcəklər. Bayram günləri olsa da, hər kəs adi iş rejimində çalışacaq. Kütləvi yığışmalar, iş yerləri və.s yerlərdə dövlətin gördüyü tədbirlər, qərargahın xəbərdarlıqlarına dair işlər görülməlidir. Əks halda ölkəmizdə də xoşagəlməz hallar yarana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil