“Belə aksiyalarla qadınlarımızı yoldan çıxarırlar”
Fidan Həmişəyeva
10:05 11.03.2020
Cəmiyyət
1015
“Türk kişisinin qadını həmişə qabaqda olub, əri ilə müharibədə iştirak edib, öz sözünü deyib”
Martın 8-də bir qrup gənc feminist şəhərdə “8 marş” aksiyası keçirib. Aksiya zamanı əxlaqsız şüarların səsləndirilməsi ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Aksiya zamanı plakatlar, səsləndirilən şüarlar cəmiyyətimizdə heç də xoş qarşılanmayıb. Bütün ölkə və sosial media ictimaiyyəti hiddətlə bu aksiyanı və orada səsləndirilən şüarları kəskin qınayıb.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu da “Sherg.az”a bildirib ki, “8 Marş” aksiyasında iştirak edənlər feminizmin adını batırdılar:
“Bu aksiya feminizmin başına “daş saldı”. Səsləndirilən şüarlar, çıxışlar, qadınların dediyi sözlər Azərbaycan xanımına yaraşmayan hal idi. Əslində aksiyadakı qadınlara yazığım gəlir. Onları kim idarə edir, niyə onların beynində bu cür düşüncələr var? Həmin qızları başqa cür tərbiyə etmək olardı. Onlar oxuyub, azad olardılar və hüquqlarını düzgün müdafiə edərdilər.
Dünən Aygün Muradxanlı ilə Nərmin Şahmarzadənin debatına qulaq asdım. Nərmin deyir: “Biz rayonlara gedib orada qadın hüquqlarının pozulduğunu, erkən nikahların olduğunu müşahidə etmişik”. Nə vaxt və necə gediblər? Biz neçə ilin cəmiyyətiyik, Prezident Aparatının icazəsi olmadan rayonlara gedə bilmirik. Hansı rayona gedib çıxış ediblər və kimlərlə görüşüblər? Rayona gedənlər bizik. Nərmin yalandan çıxış edərək gənc xanımları yoldan çıxarır, qadınlardakı ləyaqəti aşağılayır.
Türk milləti hər zaman qadınla fəxr edib. Türk kişisinin qadını həmişə qabaqda olub, əri ilə müharibədə iştirak edib, öz sözünü deyib. Heç vaxt türk qadını bozbaş bişirməyib. Belə aksiyalar keçirməklə qadınlarımızı pis günə salıb yoldan çıxarırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya