Son illər internetdə geniş yayılan “brainrot” (beyin çürüməsi) anlayışı mənasız, təkrarlanan və zehni cəhətdən yorucu məzmunları ifadə edir.
Sherg.az xəbər verir ki, Oksford Universiteti bu termini 2024-cü ilin sözü seçərək, onu səthi və intellektual yük daşımayan onlayn məzmunun həddindən artıq istehlakı nəticəsində yaranan zehni geriləmə kimi qiymətləndirib.
Mütəxəssislər bildirir ki, süni intellektlə məzmun istehsalının asanlaşması və sosial şəbəkə alqoritmləri bu tip videoların sürətlə yayılmasına səbəb olur. Qısa müddətli əyləncəli təsir göstərsə də, bu cür məzmunun davamlı izlənməsi diqqətin azalmasına və zehni yorğunluğa yol aça bilər.