BİABIRÇILIQ ! - Avtobus, yoxsa virus MƏNBƏYİ ?! – BNA hara baxır?
Fidan Həmişəyeva
12:44 17.03.2020
Cəmiyyət
1222
İlqar Hüseynli: "Koronavirus dalğasının tüğyan etdiyi bir vaxtda sahibkarlar da diqqətli olmalıdırlar”
“Ona görə də BNA müsahibələrimizdən sonra reydlərə başlamalı, narazılıqları aradan qaldırmalı, sərnişinlərin rahatlığını təmin etməlidir”
“Şirkətlər avtobusların texniki, eyni zamanda sanitar-gigyenik normalarını təmin etməlidir. Fikrimcə, ciddi cəza mexanizmləri tətbiq olunmalıdır”
Hər gün sərnişindaşıma avtobuslarında müxtəlif viruslara yoluxmaq təhlükəsi ilə üzləşirik. İctimai nəqliyyatdakı tutacaqlar, xüsusilə oturacaqlar virus mənbəyidir.
Koronavirus təhlükəsinin tüğyan elədiyi bir zamanda avtobuslarda gigiyenik qaydalara əməl edilməsi xüsusi önəm kəsb edir. Buna baxmayaraq, bəzi ictimai nəqliyyatların oturacaqları iyrənc vəziyyətdədir. 29 nömrəli avtobusda da oxşar mənzərə hökm sürür. Avtobusun oturacaqları tamamilə çirkli vəziyyətdədir. Belə olan halda sərnişinlərin müxtəlif viruslara yoluxma ehtimalı qaçılmazdır.
Mövcud durumu “Sherg.az”a dəyərləndirən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobuslardakı sanitar qaydalarla bağlı müəyyən standart və normaları var. Həmin normalara nəzarət mexanizminin olması da vacib məsələlərdən biridir.
Ekspertin sözlərinə görə, həmin standartlarda gigiyenik məsələlər də xüsusi olaraq vurğulanmalıdır:
“İctimai nəqliyyatda gigiyenik qaydalara ciddi diqqət yetirilməlidir. Sərnişindaşıma xidmətinə məxsus olan şirkət sahibləri, sanki, unudurlar ki, ictimai nəqliyyat xalqa məxsusdur. Onlar bu avtobusları alıblarsa, istismarını təmin edirlərsə, müəyyən formada gəlir və qazanclara sahibdirlərsə, bunun ictimai yükünü də üzərlərinə götürməlidirlər.
Düşünmürlər ki, avtobuslar həm də xalqa məxsusdur. İctimai nəqliyyatdan qazanc əldə edən şirkətlər var. Ona görə də şirkətlər avtobusların texniki, eyni zamanda sanitar-gigyenik normalarını təmin etməlidir. Fikrimcə, ciddi cəza mexanizmləri tətbiq olunmalıdır. Uzun illərdir ki, bu problemləri müzakirə edirik.
Təəssüf ki, hələ də sahibkarlarda məsuliyyət hissi yaranmır. Cəmiyyətdə koronavirus dalğasının tüğyan etdiyi bir vaxtda sahibkarlar da diqqətli olmalıdırlar. Ona görə də BNA müsahibələrimizdən sonra reydlərə başlamalı, narazılıqları aradan qaldırmalı, sərnişinlərin rahatlığını təmin etməlidir. Hiss etməliyik ki, doğurdan da dönüş yaradıldı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil