Bir ayda 7 kq arıqladan İdeal pəhriz

Sağlam, fəsadsız arıqlamaq həftədə 1 kq çəki atmaqdır.

Bir ayda sürətlə 10-15 kq çəki itirmək istəyi və bunu vəd edən metodlar təhlükəlidir, orqanizm üçün stresdir.

Sürətli arıqlama:

əzələ itkisi

hormon pozuntusu

saç tökülməsi

öd daşı riski yaradır.

Medicina.az xəbər verir ki, arıqlama üçün əsas prinsip kalori defisiti ilə normal yeyib, çox enerji yandırmaqdır.

Bədən:

əvvəl su itirir

sonra yağ

uzun müddətdə isə əzələ də itirə bilər.

Elmi əsaslı real pəhrizlə 1 aya 5-6 kq yağ əsaslı itki mümkündür.

Həmin pəhrizi təqdim edirik:

Səhər

2 yumurta + göyərti

1 dilim tam taxıl çörəyi

şəkərsiz çay / qəhvə

Ara öyün

1 alma və ya 10 badam

Günorta

Toyuq / balıq (150–200 qram)

böyük salat (zeytun yağı ilə)

az miqdarda qarabaşaq və ya düyü

Ara öyün

qatıq və ya kefir

Axşam

tərəvəz + protein (toyuq/balıq/yumurta)

karbohidrat minimum

QADAĞALAR

Şəkər

Ağ un

qazlı içkilər

gecə yeməyi

SU

Gündə: 2 litr

Gündə 8–10 min addım

Həftədə 3 dəfə idman

yuxunu düzəlt (7 saat)

emosiyanı yeməklə yox, fərqindəliklə həll et