Ekspert məhkəməyə və Ombudsmana müraciət çağırışı etdi
Sumqayıtda icra nümayəndəsinin satıcı ilə kobud rəftarı və qanunsuz hərəkəti ictimaiyyətdə geniş rezonans doğurub. D.Əliyeva adına qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında baş verənləri biabırçılıq adlandırdı:
- Doğrudan da biabırçı hərəkətdir. Deyə bilərdi ki bu yol vətəndaşlar üçündür, mane olursunuz, burada satış etməyin, amma məhsulu müsadirə etmək qanun pozuntusudur! Bu, vətəndaşın şəxsi əmlakıdır, onu kimsə müsadirə edə bilməz. Həmin şəxsə xəbərdarlıq edilməliydi ki burada satış qadağandır. Qanun var, ona tabe olmalısınız. Hətta satıcı qanunu pozubsa da, onun malı əlindən alına bilməz. Məhkəməyə müraciət edilməlidir, cərimə olunmalıdır. Amma qanun kiməsə haqq vermir ki nə istəyir eləsin. Hesab edirəm ki, məhsulu əlindən alınan şəxs həm məhkəməyə müraciət edə bilər, həm də Sumqayıtın millət vəkillərinə. Ombudsmana da. Sumqayıtın millət vəkili çox dəyərıli xanımdı – Səbinə Salmanova, tez-tez görüşür seçiciləri ilə. Hicran Hüseynovaya da müraciət edə bilər. O da Sumqayıtdan seçilmiş millət vəkilidir. Qanunsuzluğun qarşısı qanunla alınmalıdır.