Aprelin 12-də Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Daha sonra araşdırma aparılıb və əkilmiş gülləri əzənlər polisə çağırılıblar. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunub və onlar barəsində məsuliyyət tədbirləri görülüb.
Sherg.az xəbər verir ki, Milli.az həmin şəxslərin kimliyini və bu hadisənin haradan qaynaqlandığını araşdırıb.
Belə ki, sosial şəbəkələrdə bloqer fəaliyyəti ilə tanınan bir qrup şəxs həmin gülləri əzərək foto və videolar çəkdiriblər. Daha sonra bu görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar və bu addım bir növ trendə çevrilib.
Həmin bloqerlərin rəsmi və sosial mediada tanındıqları adlarını təqdim edirik:
Selcan Vəlizadə (Seljanvalizada);
Lala Babayeva (lalabva1);
Ad-soyad bəlli deyil - (ismiiilaa);
Ad-soyad bəlli deyil - (Sada);
Nərmin Musayeva (Naramsyv);
Həmayıl Ələsgərova (Həmayıl).