DƏLƏDUZLUQ ! - Yaşlıları “tor”a salıb, evlərini əllərindən alırlar - Qanun sərtləşsin!
Fidan Həmişəyeva
13:21 18.03.2020
Cəmiyyət
931
İradə Cavadova: “Kimsə qohumuna hansısa işin görülməsi üçün etibarnamə verir. Sonra etibarnamənin ləğvi yaddan çıxır, həmin şəxs artıq mülkiyyəti əldən çıxarmış olur”
“Bəzən məsuliyyətsiz, vicdansız notarius işçiləri qaydalara riayət etmir və ya dələduzla əlbir olurlar”
Son zamanlar şəxsi mülkiyyətin dələduzluqla mənimsənilməsi halları çoxalıb. Xüsusilə, yaşlı insanlar bu cür arzuolunmaz hallarla üzləşirlər. Qanunvericilikdə müvafiq maddələr öz əksini tapsa da, bəzi dələduzlar çirkin əməllərindən vaz keçmirlər.
Təəssüf ki, kimsəsiz, yaşlı və ya xəstəliyi olanlar ya ailə üzvləri, qohumları, ya da onlara baxmaq adı ilə özünü təqdim edənlər tərəfindən "tora" salınır. Belə işbazlarla bağlı Cinayət Məcəlləsində xüsusi maddə olsa da, cəzaların sərtləşməsinə ehtiyac var.
Mövzunu dəyərləndirən hüquqşünas İradə Cavadova "Sherg.az"a açıqlamasında bildirib ki, yaşlı insanların aldadılaraq şəxsi mülkiyyətlərinin əlindən alınması bir çox ölkələrdə var. Onun sözlərinə görə, dünya üzrə praktikada bundan istifadə edənlər çoxdur:
"Təbii ki, qanunvericiliyimizdə belə halların qarşısını alınır. Bunun üçün Cinayət Məcəlləsində dələduzluq faktı üzrə 178 maddə öz əksini tapıb. Amma bəzən belə halları sübut etmək çətin olur. Kimsə qohumuna hansısa işin görülməsi üçün etibarnamə verir. Sonra etibarnamənin ləğvi yaddan çıxır, həmin şəxs artıq mülkiyyəti əldən çıxarmış olur. Amma son zamanlar alqı-satqı zamanı pulun hökmən banka daxil olması məsələsi var. Bu zaman aldadılma çətin olur. Çünki alqı-satqı notariat qaydada olmalıdır. Həmçinin evdə qeydiyyatda olan şəxslər varsa, onlar da razılıq verməlidir. Evdə qeydiyyatda olan şəxslər yoxdursa da, pul banka köçürülməlidir. Məlumdur ki, banklarda video kameralar var. Hətta alqı-satqı kamera vasitəsilə həyata keçirilir. Hansısa şəxs etibarnamə üzrə gəlibsə, ona fikir verilir. Evi olan şəxs notariata gəldiyi zaman notariusda yaşlı adama izah edir ki, onun evi alqı-satqıya və ya bağışlamaya gedir. Yaşlı adamdan bundan xəbərdar olub-olmadığını soruşurlar".
İ.Cavadova bildirib ki, bəzən məsuliyyətsiz, vicdansız notarius işçiləri qaydalara riayət etmir və ya dələduzla əlbir olurlar:
"Qanunvericilikdə bu problemlə bağlı önləyici tədbirlər yer alıb. Amma bəzən görürsən ki, yaşlı insanlar da öz hüquqlarından sui-istifadə edirlər. Doğrudan da alqı-satqı baş verdiyi zaman bir müddət sonra inkar edirlər, aldadıldığını, ona pul verilmədiyini deyirlər. Araşdıranda məlum olur ki, həmin şəxs banka gedib, pul götürüb. Təbii ki, həqiqətən aldanan yaşlı insanlar da var. Bəzi kimsəsiz yaşlılar və yaşlı olmayan fiziki məhdudiyyətili şəxslər var ki, mülkiyyətlərini tək idarə edirlər. Onlar tək olduqları üçün ehtiyat edirlər. Yaxşı olar ki, icra hakimiyyəti orqanları, həmin şəxsləri siyahıya alsın. Məsələn. həmin kimsəsiz insana qulluq etmək istəyən şəxslər var. Bu şəxslər göstərdikləri xidmət qarşılığında evin onlara vəsiyyət edilməsini istəyirlər. Yaxud da yaşlı adam evi həmin şəxsin adına keçirir, amma şərt bağlayır ki, ömrünün axırına qədər ona qulluq etsin. Qanunvericilikdə bu məsələ öz əksini daha ciddi tapmalıdır ki, insanlar güvənli olsun. Bilsin ki, evi olan adam kimsəsizdir və ona qulluq edəcək. Qarşılığında isə həmin adamın evini alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil