Dövlət lazımi tədbir görür: “Əhali də təmkinli olub, birlik nümayiş etdirməlidir”
Fidan Həmişəyeva
14:26 17.03.2020
Cəmiyyət
936
Elçin Bayramlı:“Bizdə vəziyyət təhlükəli deyil, amma bu qabaqlayıcı tədbirləri görmək lazımdır”
Koronavirusla bağlı narahatlıqlar bütün dünyada hökm sürməkdədir. Virusla bağlı ayrı-ayrı ölkələrdə fövqəladə tədbirlər həyata keçirilir. Hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Lakin səmərəli qabaqlayıcı tədbirlər görən ölkələrdə vəziyət nisbətən daha qənaətbəxşdir.
Ölkəmiz də öz növbəsində bütün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir. Bu baxımdan Azərbaycan hətta bir çox ölkələri qabaqlayır.
Mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, dövlətimiz koronavirusla bağlı təmkinlə lazım olan bütün tədbirləri görür və görəcək.
Onun sözlərinə görə, əhali də təmkinli olmalı, ümummilli birlik nümayiş etdirməlidir:
“Bu halda qlobal terrordan qalib çıxacağıq. Azərbaycan hökuməti vaxtında preventiv tədbirlər həyata keçirdi. Dünyada ən yaxşı vəziyyətdə olan ölkələrdən biri bizik. Bu gün də paytaxta, bölgələrdən giriş məhdudlaşdırıldı. Bunlar məcburi addımlardır və bəzilərinin xoşuna gəlməsə də,vacibdir. Bütün addımlar yayılmanın bloklaşdırılmasına hesablanıb.
Vaksin yoxdursa, əsas addım bu olmalıdır. Əlavə tədbirlərə də ehtiyac var. Təklif edərdim ki, 1 aylığa həyati əhəmiyyətli sahələr istisna olmaqla iş dayandırılsın. Ən əsas bütün əhali tibbi müayinədən keçirilsin. Dünyada baş verənlər göstərdi ki, yoluxma təkcə ünsiyyətlə olmayıb. Bəzi ölkələrdə hətta ucqar yerlərdə yaşayan heç kimlə təmasda olmayan adamlarda da yoluxma qeydə alınıb. Üstəlik bir-birindən çox uzaq bir neçə yerdə eyni vaxtda başlayıb.
Demək bu virusu təşkil edənlər hansısa başqa metodlardan istifadə edirlər. Əhali diqqətli olmalıdır. Özündə uyğun əlamətlərdən birini və bir neçəsini hiss edənlər müayinəyə getməyə çəkinir ki, tutub karantinə qoyacaqlar. Bu, çox təhlükəli haldır. Bəzi ölkələrdə bir-iki nəfər yüzlərlə adamı yoluxdurub. Ona görə də hamı məcburi tibbi müayinədən keçirilməlidir. İaşə müəssisələrinin ən azı ayın sonunadək fəaliyyəti dayandırılmalıdır.
Apteklərə nəzarət artırılmalı 95 faizlik spirt və respirator satışı ilə bağlı maxinasiyanın qarşısı alınmalıdır. Ərzaqla bağlı süni ajiotaj yaradan marketinqçilər dərhal həbs edilməlidir. Tam fövqəladə vəziyyət elan olunmalıdır. İçməli su anbarlarına və ərzaq istehsalı müəssisələrinə ciddi nəzarət edilməlidir. Ölkə üzərindən tranzit keçən təyyarələrə xüsusi nəzarət edilməli, mümkün olsa dayandırılmalıdır. Bizdə vəziyyət təhlükəli deyil, amma bu qabaqlayıcı tədbirləri görmək lazımdır” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil