Dövlətə borcu olan mehmanxananın direktoru dəyişir

“Beyləqan Mehmanxana” ASC-yə yeni direktor təyin ediləcək.

Teleqraf xəbər verir ki, qurumun bu məqsədlə mayın 19-da səhmdar yığıncağı keçiriləcək.

Yığıncaq zamanı eyni zamanda cəmiyyətin illik hesabatının müzakirəsi aparılacaq.

“Beyləqan Mehmanxana” ASC 2000-ci ildə dövlət qeydiyyatına alınıb, 217 min 770 manat nizamnamə kapitalına sahibdir. Qanuni təmsilçisi Cahid Kərimovdur. Şirkətin dövlətə 76 qəpik vergi borcu mövcuddur.

Qeyd edək ki, ASC-nin direktorunun seçilməsi ilə əlaqədar sonuncu dəfə 2025-ci ilin fevralında səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib.