Gəncədə ata və ana 13 yaşlı qızlarından imtina etdilər

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Gəncə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

Teleqraf xəbər verir ki, 2013-cü il təvəllüdlü F.Səfərova nənəsi tərəfindən xəstəxanaya gətirilib və nəvəsinin uşaq evinə verilməsini istəyir.

Məlumat üçün bildirək ki, F. Səfərovadan öncə atası, sonra isə anası imtina edib. O, körpə yaşlarından nənəsinin himayəsində yaşayıb.