Bakının Keşlə qəsəbəsində yerləşən 2,8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.
Şirkətin rəsmi saytına əsasən, qurumun baş direktoru Aydın Dəmirovdur.
Qeyd edək ki, Aztəsərrüfat MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.
***
Şirkətin saytında “Aztəsərrüfat” MMC-nin direktoru Aydın Dəmirov qeyd olunsa da, rəsmi məlumatlara görə, qurumun qanuni təmsilçisi Məhərrəm Allahverdi oğlu Qafarovdur.
Məhərrəm Qafarov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayorudur. O, 2023-cü ildə vəzifəsindən azad olunub.
Qeyd edək ki, sözügedən şirkətin nizamnamə kapitalı 133 milyon manat civarındadır.