Həkimdən valideynlərə ÇAĞIRIŞ: “Uşağınıza kor-koranə iynə vurmayın” – ÖLDÜRÜR!
Fidan Həmişəyeva
08:58 18.03.2020
Cəmiyyət
5063
“Yəqin, ana da təlaş içində olub və qorxub. Antiobiotik vurub və çox güman ki, uşaq anaflaktik şok keçirib”
Bərdədə bədbəxt hadisə yaşanıb. Azyaşlı uşaq qızdırmadan ölüb. Rayonun Hüseynzadə küçəsi, ev 68-də yaşayan 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlunun evdə qızdırması qalxıb. Uşağın anası ona infeksiya yolu ilə əzələ iynəsi vurub. İynədən sonra vəziyyəti pisləşən uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Həkim məsləhəti olmadan özbaşına dərman içib, iynə vuran şəxslərə mütəmadi rast gəlirik. Dəfələrlə xəbərdarlıq olunsa da, insanlar bilə-bilə özlərinin və başqlarının həyatını təhlükə altına atırlar.
Hadisəni dəyərləndirən tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a bildirib ki, antibiotiklər uşaqlarla böyüklərə fərqli dozalarda vurulmalıdır:
“Doza düzgün təyin olunmalıdır, antibiotik vurulmazdan öncə isə sınaq qoyulmalıdır. 15-20 dəqiqə gözlənməlidir ki, xəstənin bədənin antibiotiki qəbul edir ya yox. İynə vurulan yerdə qızartı, səpki və bədəndə ümumi problem yoxdursa, 20 dəqiqə sonra iynənin ikinci hissəsi vurulur. Çox güman ki, baş verən hadisədə ana birbaşa olaraq antibiotiki vurub. Yaxud da doza düzgün təyin olunmayıb və böyüyə vurulan doza uşağa vurulub. Təbii ki, bu da azyaşlının həyatının sonlanması ilə kifayətlənib.
Adətən, dərmana qol hissədə sınaq qoyulur. Bu zaman iynə dəri altında yox, dəri içərisində olmalıdır. Ev şəraitində bu mümkün olmadığı üçün yan əzələyə ən çox 0.2 qram sınaq vurulur və gözlənilir.
Ana tibbi işçisi deyil deyə tələsib. Ümumiyyətlə, son zamanlar koronavirusla bağlı həyəcanlı anlar yaşanır. Yəqin, ana da təlaş içində olub və qorxub. Antiobiotik vurub və çox güman ki, uşaq anaflaktik şok keçirib. Tibb işçiləri olmayan hər kəs təəssüf ki, əlinə şpiris alır, aptekə gedir, antibiotik alıb vurur.
Kor-koranə iynə vurmaq olmaz. Tibbi savadın olmadığı üçün kor-koranələrin arxasında insan həyatı dayanır. Tövsiyə edirəm ki, hər kəs diqqətli olsun, mütləq həkimlə məsləhətləşsin. Bir iynəni 15-20 dəqiqə sınaq kimi gözləməklə heç nə olmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil