İaşə obyeklərində yenə siqaret çəkilir – Qanuna mane olurlar
Fidan Həmişəyeva
16:00 02.03.2020
Cəmiyyət
815
“Bu istiqamətdə qanunda normalar var, sadəcə onun mexanizmləri yetərli deyil”
“Siqaret istehsalı ilə məşğul olan qurumlar qanunun tətbiqinə mane olmağa çalışır. Ona görə də bu işlə məşğul olanlar qanunun tətbiqində maraqlı deyillər"
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən qadağan olunmuş yerlərdə siqaret çəkənlərə qarşı tədbir görülür. “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bir çox məkanda əhali arasında geniş izahat işləri aparılıb.
Bununla yanaşı, qeyd edək ki, yenə də bu məsələ həllini tapmır. Bəzi iaşə obyektləri qanusnzu olaraq siqaretin çəkilməsinə icazə verir. Bunu isə “siqaretə qadağa qoyulan yerə müştəri gəlmir” fikri ilə izah edir.
Maraqlıdır, buna dair qanun niyə qəbul olundu və niyə işləmir?
Suallarımızı cavablandıran “Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə qanunlar qəbul edilsə də, tətbiq olunmur:
“Qanun qəbul edilərkən düşünmək lazımdır ki, bu qanun necə və kimlər üçün hazırlanmalıdır. Eyni zamanda qanun nə perspektivlərinin hansı nəticələrə gətirib çıxaracağını düşünmək vacibdir. Digər vacib önəmli budur ki, həm qanun qəbul edilənə qədər, həm də ondan sonra qanunun geniş təbliği olmalıdır. Təəssüf ki, ölkəmizdə nə qanun qəbul edilərkən, nə də sonra onun əhəmiyyəti ilə bağlı geniş müzakirələr aparılır.
Hazırda tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir. Əlbəttə ki, Azərbaycanda bu qanunun qəbulu yaxşı haldır. Ölkəmizdə ictimai yerlərdə siqaretin çəkilməsini qadağan etməliyik. Bu istiqamətdə qanunda normalar var, sadəcə onun mexanizmləri yetərli deyil”.
Ə.Nuriyev qeyd edib ki, siqaret istehsalı ilə məşğul olan qurumlar qanunun tətbiqinə mane olmağa çalışır:
“Çünki siqaret böyük gəlir gətirən bir sahədir. Ona görə də bu işlə məşğul olan şəxslər o qədər də maraqlı deyillər ki, qanunun tətbiqi real olaraq həyata keçirilsin. Polis orqanları tərəfindən atılan addımlar olduqca vacibdir. Qanunun tətbiqi əhalinin siqaretdən istifadəsinin məhdudlaşdırılmasına gətirib çıxara bilər. Ümumiyyətlə, hər zaman bütün dünya siqaretin sağlamlığa, ətraf mühitə vurduğu ziyanlardan danışır. Ona görə də bu istiqamətdə addımların atılması çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual