“İmişli” o gənci ziyarət etdi - FOTO

“İmişli” futbol klubu fiziki məhdudiyyətli gənc Hüseyn İsmayılovun ailəsini ziyarət edib və ona xüsusi hədiyyələr təqdim edib.

Teleqraf-ın məlumatına görə, Hüseyn İsmayılov uşaq yaşlarından peşəkar futbolla məşğul olub. Lakin 15 yaşında məşq zamanı aldığı ağır baş zədəsindən sonra ona iflic diaqnozu qoyulub.

Artıq 10 ildir ki, Hüseyn əlil arabasında hərəkət edir.

Ziyarət zamanı “İmişli” PFK tərəfindən Hüseynə əlil arabası hədiyyə edilib. Eyni zamanda komandanın rəsmi forması da gənc futbolsevərə təqdim olunub.