Koronavirusla bağlı əhaliyə çağırış: “Tövsiyələrə əməl edin!”
Fidan Həmişəyeva
11:18 05.03.2020
Cəmiyyət
1121
“Cəmiyyət olaraq qorxub, çəkinməklə immuniteti zəiflədirik. Beləliklə bu xəstəliklər baş qaldırır və fəsadlar törədir”
Aydın Xan Əbilov: “Genetik olaraq azərbaycanlılar xəstəliyə qarşı dayanıqlıdırlar. Bu, süfrə mədəniyyətimiz, yeməklərimiz, gigyenik qaydalara verdiyimiz önəmə əsaslanır”
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibə verib. O bildirib ki, koronavirusla bağlı təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var:“Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Koronavirus yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan isə daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı”.
Kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a açıqlamasında bildirib ki, hər zaman bu tipli xəstəliklər olub. Onun sözlərinə görə, bu viruslar sadəcə, müxtəlif formada adlandırılıb:
“İnsanlarımız, nəinki koronavirusla bağlı, ümumiyyətlə hər zaman çalışırlar ki, sağlamlıqlarına diqqət yetirsinlər. Təəssüf ki, bizdə hansısa epidemiya və yaxud ciddi xəstəliyə yoluxandan sonra xəstəxanaya müraciət edirlər. Ona görə də bəhanə olaraq deyirlər ki, xəstəxanalar bahadı və yaxud rüşvət var. Məlumdur ki, artıq icbari tibbi sığorta işə düşür. Bu sığortaya görə insanlar dövlət hesabına pulsuz müayinədən keçə biləcəklər. Son vaxtlar əhalinin böyük hissəsi Bakıda yaşayır. Müxtəlif ölkələrdən paytaxta gələnlər var. Onlar həm ziyarət, həm ictimai-siyasi hadisələrdə iştirak etmək üçün təşrif buyururlar. Əvvəllər 10 ildən bir xarici ölkələrə gedirdik. Həmçinin, Azərbaycana gələnlərin sayı da olduqca az idi. Amma indi qloballaşma prosesləri, təyyarə sisteminin inkişaf etməsi miqrasiya prosesini sürətləndirir”.
Kulturoloq qeyd edib ki, dövlət səviyyəsində Səhiyyə Nazirliyi və TƏBİB sistemində xaricdən gələnlər ölkəmizə buraxılmazdan qabaq müayinədən keçirilməlidirlər:
“Genetik olaraq azərbaycanlılar hansısa xəstəliyə qarşı dayanıqlıdırlar. Bu, bizim mədəniyyətimizlə bağlıdır. Bu, dayanıqlı olmağımız süfrə mədəniyyətimiz, yeməklərimiz və gigyenik qaydalara verdiyimiz önəmə əsaslanır. Eyni zamanda xəstəxanalarda dezinfeksiya işləri yerinə yetirilməlidir. Çünki xəstəxanaya gələnlərlərdə viruslar ola bilər”.
A.X.Əbilov bildirib ki, virusdan qorunmaq üçün təmiz hava qəbul etmək də vacibdir:
“İnsanlar özlərini soyuqdan da qorumalıdır. Artıq cırılmış şalvarlar, mini yupkalar kənara qoyulmalıdır. İnsanlar bir-biri ilə görüşəndə əl verib öpüşürlər. Buna yol vermək olmaz. Yaşlı adamların virusa yoluxma ehtimalı daha çoxdur. Xəstəlikdən qorxmaq lazım deyil. Cəmiyyət olaraq qorxub, çəkinməklə immuniteti zəiflədirik. Beləliklə bu xəstəliklər baş qaldırır və fəsadlar törədir. Ona görə də Səhiyyə Nazirliyinin, Beynəlxalq Səhiyyə Təşkilatlarının, ekspertlərin verdiyi tövsiyələrə əməl etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual