Marşrut sistemində yenilik: Dispeçer xidməti effekt verəcək - ŞƏRH
Fidan Həmişəyeva
13:44 10.02.2020
Cəmiyyət
1564
Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda yeni sistemin tətbiqinə başlayıb. Artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürüləcək.
Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.
Yeni sistemlə bağlı Sherg.az-a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, müntəzəm sərnişindaşıma hallarında Mərkəzi Dispetçer Xidməti çoxdan təşkil olunub:
“Ölkəmizdə də neçə illərdir ki, İntellektual İdarəetmə Mərkəzi var. Həmin mərkəzi Mərkəzi Dispeçer Xidməti üçün yaratdılar. Çünki mərkəz vasitəsilə xüsusi informasiyalar- yolda olan münətəzəmliyin müəyyən olunması, yolda olan hərəkət qaydalarına əməl edilməsi, təhlükəsizlik problemlərinin həll olunması sürücülərə ötürülürdü. Təəssüf ki, bu sistem yaxşı işləyə bilmədi. Çünki İntellektual İdarəetmə Mərkəzi ilə Mərkəzi Dispetçer Xidməti həm nəzəri, həm də praktiki cəhətdən bir-biri ilə qarşılıqlı işləməlidir. Lakin bu məsələlər özünü təsdiq etmədi. Ona görə də bəzi avtobuslarda Mərkəzi Dispeçer Xidmətini tətbiq etmək istəyirlər. Dispeçer xidməti müəyyən qədər effekt verəcək. Amma bunu çox geniş formada tətbiq etmək lazımdır. Yəni, bu xidmətin maşrutlarda quraşdırılması, həm də sərnişinlərin sistemə riayət etməsi və sürücülərə şərait yaratması, eyni zamanda sürücülərin maarifləndirilməsi lazımdır. Çünki elə sürücülər var ki, bu məsələlərə laqeyd yanaşırlar”.
Ekspertin fikrincə, Mərkəzi Dispeçer Xidməti ilk növbədə kart sistemi olan avtobuslarda yaxşı işləyəcək:
“Kart sistemi olmasa, sürücülər dispeçer xidmətini işlədə bilməyəcək. Çünki onlarda maddi maraq güclü olur. Kart sistemində maddi maraq olmadığı üçün sürücülər keyfiyyətə, təhlükəsizliyə fikir verirlər. Dispeçer xidmətini işlədə biləsələr çox yaxşıdır, amma bunun əsas çətinliyi odur ki, müntəzəmlik üçün ləngimələr zamanı müəyyən problemlər əmələ gəlir. Belə olduqda isə nəqliyyat prosesində, daşımalarda neqativliklər meydana çıxır. Ona görə də yeni sistemə elmi cəhətdən yanaşmaq lazımdır. Sərnişin daşımaları və təhlükəsizliyi üçün elmi cəhətdən əsaslandırma vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm