Məhdudiyyətlər aradan qaldırıla bilər
Fidan Həmişəyeva
11:46 14.03.2020
Cəmiyyət
780
Qadınlar şou xarakterli məqamlardan çəkinib, karyeraları üzərində işləməlidirlər
Ölkəmizdə qadınların ağır və zərərli işlərdə çalışması ilə bağlı qadağalar aradan götürülə bilər. Yalnız hamilə və himayəsində 3 yaşadək uşağı olan qadınların belə işlərdə çalışmasına qadağa qoyulması üçün təkliflər hazırlanır.
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır: “Qadın əməyinin tətbiqinin qadağan olunduğu siyahıda 600-ə qədər iş yerinin adı qeyd edilib. Siyahıdakı iş yerləri kənd təsərrüfatı, emal və qida sənayesi, neft-qaz hasilatı, metallurgiya sahəsi və s. sahələrə aiddir. Həmin sahələrdəki işlərin əksəriyyəti məhz ağır yükqaldırma, zərərli maddələrin istehsalı ilə əlaqəlidir.
Bu gün siyahıda göstərilən bəzi peşələr üzrə avadanlıqlar, texnikalar müasirləşdiyindən qadınlar üçün həmin iş yerlərində kişilərlə bərabər işləməsinə qadağa qoya bilmərik. Çünki bu özü ayrı-seçkiliyə gətirib çıxarır”.
Yeni dəyişikliyi “Şərq”ə şərh edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, qadınlarımız çox vaxt ən ağır işlərdə çalışıblar.
Onun sözlərinə görə, tikintidən tutmuş, rəngsazlıq, kənd təsərrüfatı sahələrində qadın əməyinin şahidi oluruq: “Deyə bilmərik ki, qadınlar ağır işlərdə çalışmırlar. Lakin Əmək Məcəlləsində nəzərdə tutulmuşdu ki, qadınların ağır sahələrdə çalışması məhdudlaşdırılsın. Bir çox dünya ölkələrində qadınların hərbiyə getməməsi müzakirə olunanda istər-istəməz qınaq obyektinə çevrilirdi. Çünki bizdə nə demoqrafik problemlər, nə diskriminasiya var. Diskriminasiya olmadığı və qadın-kişi bərbarəliyi hökm sürdüyü üçün bəzi məhdudiyyətlər qaldırıla bilər”.
S.Babayeva qeyd edib ki, dağ-mədən çuxurlarının partladılması kimi ağır sahələrdə çalışan qadınlar çoxdur: “Xanımlarımızın hərbi sahəyə də marağının artdığını görürəm. Bütün bunlar istəkdən doğan bir məqamdır. Deməli, qadınlarımız bu sahələrə könüllü olaraq meyilləniblər. Eyni zamanda taksi sürücüsü olan qadınların da sayı artıb. Halbuki əvvəlki illərdə belə xanımlar yox idi. Bəzi təşəbbüskar qadınlar var ki, hətta taksi şirkəti də açmaq istəyirlər. Maşınların, mexanizmlərin təmir yerini açmaq istəyən qadınlarımız da var. Yəqin bu, zamanın tələbidir. Qadınlar özlərinə güvəndikləri üçün belə sahələrə yönəlirlər. Ona görə də Əmək Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur”.
S.Babayeva məhbuslarla işləyən xanımlarımızın olduğunu da diqqətə çatdırıb: “Bu, ən çətin sahədir. Məhbus qadınlarla işləyən xanım inspektorlarımız var. Qadağan olunmuş sahələrdə yenidən qadınların çalışması rifahın artması deməkdir. Yetər ki, qadın burada özünü göstərə bilsin.
Mən 30 ilə yaxın müxtəlif sahələrdə çalışmışam. Tikinti və tekstil sahəsində, xarici dövlətlərdə işimi qurmaq üçün sahibkar kimi fəaliyyət göstərmişəm. Həmçinin beynəlxalq iqtisadi münasibətlərin dövlətlərarası əlaqələrində, iqtisadi komissiyalarda komissiya sədri olmuşam. Mənə heç bir qadağa olmayıb. Heç vaxt deməyiblər ki:“Sən kənarda qalmalısan”.
Lakin yaradıcılıq, təcrübə və elm üst-üstə düşməlidir ki, qadın bunları realizə eləsin. Hər zaman Şərq qadınlarının gözəl ailə başçısı olmağa haqqı var. Amma onlar üçün şərait yoxdursa və müxtəlif hallarda çətinlik çəkiblərsə, dəstək olmaq lazımdır.
Dövlətimiz də bunu deyir. Ona görə də qadın bacarığını, ağlını, eyni zamanda təcrübəsini bir yerə toplayıb, düzgün vaxt bölgüsü apararaq disiplin qaydalarına əməl etməklə həmişə uğur qazanacaq. Bu uğura həm ailədə, həm də cəmiyyətdə yiyələnəcək”.
Təşkilat sədri bildirib ki, qadınlar şou xarakterli məqamlardan çəkinib, karyeraları üzərində işləməlidirlər: “Məlumdur ki, ölkəmizdə kadr boşluğu var. Həqiqətən də hər birimiz bu boşluqda boğuluruq. İstərdik ki, məhdudiyyətlər aradan götürüldükdən sonra da müxtəlif sahələrdə maarifçilik artırılsın, qadınlar düzgün yönəldirilsin, karyera sahibi olacaqlarsa, doğru karyeraya sahib olsunlar.
Elə etməliyik ki, hansısa platformada qadınlar düzgün maariflənərək kiminsə həyatını zəhər etməsinlər. “Mən bu işi bilirəm” deməsinlər, doğru-düzgün öyrənib karyera sahibi olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya