2025-ci ildə 3 jurnalist güzəştli ipoteka kreditindən faydalanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Bildirilib ki, indiyə qədər ümumilikdə 8 jurnalist güzəştli ipoteka kreditindən faydalanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-cı il tarixli müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli kateqoriyaların siyahısına əlavə edilib.