Qaçaqmalçılığın qarşısını almaq lazımdır: Büdcəyə milyonlarla ziyan dəyir - AKTUAL
Fidan Həmişəyeva
11:03 02.03.2020
Cəmiyyət
675
Azərbaycan sərhəddində qida təhlükəsizliyi məntəqələri yaradılır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Litva və Latviya respublikalarına səfər edib.
Səfər çərçivəsində Agentliyin sədr müavini Litva və Latviyanın Qida və Baytarlıq Xidmətlərinin rəhbərləri ilə görüşüb. R. Rüstəmzadə ilin sonuna qədər Azərbaycanda sərhəd-keçid məntəqələrinin yaxınlığında qida təhlükəsizliyi məntəqələrinin yaradılacağını diqqətə çatdırıb:
“AQTA bu sahədə olan beynəlxalq təcrübəni sərhəd-keçid məntəqələrində tətbiq edəcək”.
Yaradılacaq məntəqələrin nə dərəcədə effektiv olacağı ilə bağlı fikirlərini Sherg.az-la bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynov bildirib ki Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət orqanlarının bu sahədə atdığı addımlar zəruridir. Lakin istisna olunmur ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da daim qaçaqmalçılıqla məşğul olanlar var:
“Qaçaq malların necə və hansı hallarda ölkəmizə daxil olması və satıldığı yerlər barədə dəfələrlə Gömrük Komitəsinə rəsmi məktublar göndərmişik. Bu mallar içərisində parfumeriya məhsulları, yuyucu və təmizləyici vasitələr, həmçinin içməli limonadlarla bağlı birliyimizə şikayətlər gəlib. Qaçaqmal yolu ilə gətirilmiş siqaretlər 1 ildə ölkə büdcəsinə 20 milyon manata qədər zərər gətirir. Çünki bu mallar üçün dövlət rüsumu ödənilmir. İctimai təşkilat olaraq nə qədər məlumatlar versək də, Gömrük Komitəsi bu sahədə tam və əhəmiyyətli işlər görmür.
Çalışmaq lazımdır ki, AQTA bu işlə əlaqədar qaçaqmalçılığın qarşısını alsın. "Sədərək" Ticarət Mərkəzi də qaçaq malların satıldığı böyük bir bazardır. Dövlət orqanları ölkə bazarından xəbərdar olmaq istəyirlərsə, "Sədərək"ə getsin. Bu məntəqələrin yaradılması zəruridir, lakin neqativ halların aradan qaldırılması üçün kafi deyil. Çünki qaçaq malla mübarizə aparan dövlət idarələri gərək güclü işləsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual