Qaçqınlar üçün “Yol sənədi” – Onların xaricə getmələri asanlaşdı
Fidan Həmişəyeva
11:07 23.01.2020
Cəmiyyət
1446
Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə "Yol sənədi" təqdim edir. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, həmin yol vərəqi ilə ölkədə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər:
"Keçən illə müqayisədə 11,4 min artım olub. Ölkəyə 3 milyon 170 min əcnəbi gəlib. Azərbaycanda qaçqın statusu alan vətəndaşlar bu vaxta qədər ölkədən kənara çıxmağa çətinlik çəkirdilər. Artıq bu sənədi alandan sonra həmin qaçqınlar istənilən ölkəyə gedə biləcəklər. "Yol sənədi"nin etibarlılıq müddəti 5 ildir. Əgər 5 il müddətində həmin qaçqınla bağlı nəsə problem olmazsa, o müraciət edib növbəti dəfə yol sənədi ala bilər”.
"Yol sənədi" mühüm rola malik olduğunu deyən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirib ki, əvəllər qaçqınlarımız xarici ölkələrə asanlıqla gedə bilmirdilər.
Onun sözlərinə görə, bu vəsiqə qaçqınlarımızın ölkənin hüdudları daxilində şəxsiyyətini təsdiq edən bir sənəddir:
“Beynəlxalq müstəviyə nəzər salsaq, beynəlxalq konvensiyalarda bir çox hüquqi sənədlərdə qeyd olunub ki, qaçqın statusu almış şəxslərin ölkələrarası rahat hərəkətini təmin edə biləcək imkanlar yaradılmalıdır. Yəni, insanların azad hərəkət etmək hüququ onlara verilir və bununla bağlı dövlət zəruri işləri həyata keçirir.
Bu gün Azərbaycanda yaşayan qaçqınlar arasında elə bir qism var ki, onların övladları, qohumları xaricdə oxuyur. Nəticədə onlar mütəmadi olaraq xaricə getmək istəyirlər. Xaricdə təhsil almaq istəyənlərin və ya ölkəmizdə müəyyən sahədə işini qurub, amma biznesini inkişaf etdirmək üçün xarici əlaqələrə "Yol sənədi" vasitəsilə xaricə gedib sazişlər bağlayaraq biznesini inkişaf etdirə bilər. Yəni, “Yol sənədi” qaçqınlar üçün əlavə imkanlar da yaradır”.
A.Allahverənov vurğulayıb ki, bu gün DMX10 qaçqına “Yol sənədi” verib:
“Faktiki olaraq dövlətimiz həmin şəxslərə əlavə imkanlar yaradır ki, onlar öz istəklərinə uyğun olaraq xarici ölkələrə səfər etsinlər. Məsələn, turist kimi də hansısa ölkəyə gedə bilərlər. Təbii ki, Azərbaycanda olarkən onlar aidiyyəti üzrə getmək istədikləri ölkənin səfirliyinə də müraciət edə bilərlər. Çünki bəzi ölkələrə viza tələb olunur. Belə olduğu təqdirdə “Yol sənədi” diplomatik durumlar tərəfindən tanınan və bütün ölkələrdə tam hüquqa malik olan sənəd kimi qiymətləndirilir. Bu baxımdan yol sənədinin mühüm əhəmiyyəti var. Bu sənəd beynəlxalq standartlara cavab verir. Çox xoş bir hadisədir ki, sənəd qaçqın statusu alan şəxslərin xaricə getməsini sadələşdirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm