Qadın 17 nəfəri yüksək maaşlı işə düzəltmək adı ilə aldatdı
Yusif Nəzərli
08:52 21.06.2022
Cəmiyyət
349
Lənkəranda dələduzluq edən qadın saxlanılıb. Onun eyni əməllərə görə Bakıda axtarışda olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Lalə Zeynalova saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, əvvəllər də paytaxt ərazisində etdiyi analoji cinayət əməllərinə görə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə hər birinin ayrı-ayrı məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirakını istisna etmir.
L.Zeynalovanın əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol