Qazaxlı qazi, şəhid ailəsi və ziyalılardan Prezident, Birinci-vitse prezident və qurumlara MÜRACİƏT
Yusif Nəzərli
16:31 23.06.2022
Cəmiyyət
574
Xaricdə məskunlaşıb Azərbaycana və ölkə ziyalılarına qarşı söyüş kampaniyası aparanlara ölkə daxilindən "zəhər" ötürənlər araşdırılsın!
Bir qrup qazaxlı Qarabağ qazisi, şəhid ailəsi, idman ustası və ictimaiyyət nümayəndəsi Prezident İlham Əliyev, Birinci -vitse prezident Mehriban xanım Əliyeva , baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət ediblər. “Sherg.az” xəbər verir ki, müraciət son günlər xaricdə yaşayan və ayrı-ayrı xarici qüvvələrin maraqlarına xidmət edən şəxslərin Qazax ziyalıları və tanınmışlarına qarşı şər-şəbədə dolu çıxışları və ən ağır söyüşlərlə təhqir etmələri ilə bağlıdır. Müraciətdə deyilir:
Tanınmış idman ustası Ramiz Tağıyev Qazax rayonu güləş məktəbinin rəhbər şəxslərindəndir. Qazax rayonunun ziyalısıdır. Bu yaxınlarda xaricdə yaşayan azərbaycanlı bloqerlər Ramiz müəllim və onun idmançı yetirmələri və digər ziyalılar haqqında nalayiq ifadələr işlədiblər. Biz də istəyirik Qarabağ əlilləri, şəhid ailələri, “Milli Qəhrəmanlar” İctimai Birliyi adından Cənab Prezidentə, DTX-ya, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, aidiyyəti orqanlara müraciət edək ki, bu ləkələmə kampaniyasının qarşısının alınması istiqmətində işlər görülsün.
Müraciətdə o da xüsusi diqqətə çatdırılır ki, xaricdə məskunlaşıb, Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlara Qazaxdan da siqnal ötürənlər var və onlar da cəzalanmaldırlar:
“Xaricdəki söyüş kampaniyasının üzvləri Azərbaycan dövləti, milləti və xalqı adına böyük bir ləkədirlər. Onların “fəaliyyəti”, hansı məkirli qrup və dairələrə işlədikləri aydındı. Amma həmin şəxslərə ölkə daxilindən dezinformasiya, ötürənlər, “zəhər” verənlər var. Həmin şəxslər tapılmalı və layiqli cəzalarını almalıdırlar. Ölkə qanunlarla idarə olunur. Azərbaycan hüquqi dövlətdir. Hər bir vətəndaşının hüququnu qoruyur və müdafiə edir. Xaricdəki söyüş kampaniyasının üzvlərinə daxildən “zəhər” verənlər mütləq aşkarlanmalıdır.
Ramiz Tağıyev deyir: 1948-ci ildə Qazax rayonunda kasıb ailədə anadan olmuşam. Ali təhsilliyəm. Bədən Tərbiyəsi və İdman Akademiyası İnstitutunu bitirmişəm. Respublika dərəcəli hakiməm. Azərbaycanın əməkdar məşqçisi kimi AXC-nin 100 illik medalını almışam. Mən indi də, bu ahıl yaşımda da məşqlər keçirəm, gəncləri pis vərdişlərdən çəkindirirəm. Onları dövlət, millət üçün yetişdirirəm.
Belə olan halda məni və bəzi yetirmələri, ziyalıları, onların ailərini hədəf seçib, təhqir edirlər, alçaldırlar. Bu hal da məni, Qazaxlı müharibə iştirakçılarını, şəhid ailələrini, eləcə də Qazax ictimaiyyətini narahat edir.
Azərbaycanın böyük əziyyət və zəhmət hesabına uğur qazanan şəxsiyyətlərinə qarşı bu cür qaralama kampaniyasına son qoymağın zamanıdır. Bu hal bir neçə dəfədir, təkrarlanır. İndi qarşısı alınmasa, kütləvi xarakter daşıyacaq ki, bu da artıq nonsensdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi