Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili milli futbol komandasını artıq dəstəkləyə bilməyəcəyini bildirərək, futbolçuları vətəndaş mövqeyinin olmamasında, Gürcüstan futbolunu isə korrupsiya və siyasiləşmədə ittiham edib.
Axar.az xəbər verir ki, Saakaşvili bu barədə Feysbuk səhifəsində yazıb.
O bildirib ki, Gürcüstanın güclü futbolçu nəsli var, lakin son illərdəki nəticələr futbol sahəsində genişmiqyaslı korrupsiya və bəzi oyunçuların siyasi mövqelərə bağlılığı ilə izah olunur.
Saakaşvili xüsusilə hakim Gürcü Arzusu Partiyasının təbliğat tədbirlərində iştirak edən və partiya üzvlərinin bizneslərində pay əldə edən milli yığma komandanın futbolçularını tənqid edib.