Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.
Bu barədə Teleqraf-a Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.
"İki saat əvvəl Türkiyədə müalicə edildiyi İstanbul Memorial xəstəxanasında dünyasını dəyişib",-deyə Ə.Cabbarov əlavə edib.
Onun sözlərinə görə, Rasim Balayevin nəşi bu gün axşam saatlarında Türkiyədən Azərbaycana gətiriləcək.
Qeyd edək ki, R.Balayev bir neçə gün əvvəl müalicə üçün Türkiyəyə aparılmışdı. Onun 78 yaşı var.