Sabah hava bu insanlar üçün əlverişsiz olacaq

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Sherg.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Məlumata görə, yanvarın 14-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir.

"Bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir", - məlumatda qeyd edilib.