Su sayğacı üçün sakinlərdən 20 manat tələb olunur? – “Azərsu”dan CAVAB
Fidan Həmişəyeva
10:42 03.02.2020
Cəmiyyət
1312
Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində mənzillərdə su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan pul istənilir. Qəsəbə sakinlərinin sözlərinə görə, binada su sayğaclarının dəyişdirilməsinə görə hər mənzil üçün 20 manat pul istəyirlər:
“Azərsu” binamızda su sayğaclarını dəyişir, soruşanda deyirlər ki, sayğacların dəyişdirilməsi üçün 20 manat ödəniş edilməlidir. Onun 10 manatı zəhmət haqqı, 10 manatı isə “mufta-uqolnik” puludur. “Mufta-uqolnik” pulu maksimum olsun 1-2 manat. Biz başa düşmürük, ümumiyyətlə, bütün bunlar ödənişlidir, yoxsa ödənişsiz?”
Sakinlərin suallarına cavab almaq üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. A.Cəbrayıllı Sherg.az-a açıqlamasında bildirdi ki, belə hallarla bağlı onlara da müraciətlər daxil olur:
“Həmin ərazidə “Azərsu” işləmir, podratçı şirkətlər çalışır. Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir. Amma məsələnin başqa bir tərəfi də var. Şəxsən özüm belə şikayətləri araşdıranda maraqlı faktlarla qarşılaşmışam.
Bəzən sakinlər deyirlər ki, su xəttini binanın çölü və ya damı ilə çəkin və ya elə edin ki, kafel zədələnməsin. Bu da tərəflər arasında sövdələşmələrə və şikayətə səbəb olur. Amma Əhmədlidə şikayət olunan ərazidə dəqiq ünvan və ya telefon nömrəsi verilsə, məsələni araşdırıb tam təfsilatı ilə məlumat vermək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm