Sürücünün kabusu...
Yusif Nəzərli
03:28 21.06.2022
Cəmiyyət
480
Türk nevroloq "yol hipnozu" olmamaq üçün tövsiyələrini verir
"Diqqətli olmalıyıq, çünki ən kiçik bir səhv ölümcül nəticələrə səbəb ola bilər"
Uzaq yol gedən, əsasən də rayonlara səfər edən sürücülər yol hipnozuna düşməmələri üçün göstərilən tövsiyələrə mütləq əməl etməlidir. Əks halda həm öz həyatlarını, həm digər insanların həyatını risk altına almış olurlar.
İlk dəfə 1921-ci ilə bir məqalədə istifadə olunan yol hipnozu əksər sürücülərin bilmədiyi və xəbərdar olmadığı fiziki vəziyyətdir.
Türkiyəli nevroloq Mehmet Yavuzun araşdırmalarına görə, proses sürücü yola çıxdıqdan 2,5 saat sonra başlayır: İlk dəfə 1921-ci ildə yazılmış bir məqalədə bəhs edilən yol hipnozu anlayışı, nəqliyyat vasitəsini idarə edən şəxsin bir yerə kilidlənərək trasa girməsi deməkdir. 1929-cu ildə edilən bir araşdırmada bu, "gözləri açıq yatmaq" kimi xülasə edilir. Yol hipnozu şüurlu və şüuraltı zehin tərəfindən müxtəlif şeylərə cəmləşərək beynin təsirsiz, öz-özünə işləmə xüsusiyyətinin ortaya çıxmasıdır. Yol hipnozunu “yol hipnozu” və ya “ağ xətt qızdırması” kimi təsvir edənlər də var.
Fərqli bir şüur vəziyyəti kimi izah oluna bilən bu anlayış şüurun yaşadığı dissosiasiya vəziyyəti kimi də ifadə edilə bilər. Yol hipnozu zamanı şüurun bir tərəfi hipnozun təsiri altında olur, digər tərəfi isə avtomatik olaraq hərəkətə davam edir. Başqa sözlə, ağlımız avtopilotun təsiri altında düşünmədən hərəkət edir.
Şüurun bir hissəsi hipnoz altında olarkən, digər hissəsi avtomatik olaraq etdiyi şeyi etməyə davam edə bilər. Bu prosesdə şəxs qismən və ya tamamilə başa düşülmə qabiliyyətini itirə bilər. Bu tip avtopilot effektinin illərlə eyni yolu idarə edən sürücülərdə baş vermə ehtimalı olduqca yüksəkdir”.
Qeyd edək ki, yol hipnozunu sükan arxasında yatmaqla qarışdırmaq olmaz. Yol hipnozunda gözlər açıqdır və o, şüurlu fərqində olmadan nəqliyyat vasitəsini idarə edir. Hətta maşın sürərkən şəxs başqa bir şəxslə danışarkən belə, ani yol hipnozu inkişaf edə bilər. O, həmişə gördüyü işarəni görməyə bilər və dönməsi lazım olan döngəni qaçıra bilər.
Yol hipnozu zamanı, sürücülük prosedurları çox vaxt düzgün yerinə yetirilsə də, bu şüur vəziyyətinə girərkən diqqətli olmalıyıq, çünki ən kiçik bir səhv ölümcül nəticələrə səbəb ola bilər. Qabaqdakı avtomobili vurmaq, yük maşınının altına düşmək, düz yolda hərəkətsiz cismə dəymək kimi qəzaların əksəriyyəti yol hipnozu nəticəsində baş verir. Bir sözlə, hipnoz olan sürücünün gözləri açıq olur, amma beyni gözün gördüyünü qeyd etmir və analiz etmir.
Affekt vəziyyətdə olan sürücü zərbə anına qədər son 15 dəqiqə ərzində heç nə xatırlamır. Neçə kilometr getdiyini, qarşısındakı avtomobilin sürətini təhlil edə bilmir. Toqquşma isə adətən 140 km və ya daha çox olur.
Sürücülər hipnozdan xilas olmaq üçün hər 2 və ya 2,5 saatdan bir 15 və ya 30 dəqiqə dayanmalı, nəfəs almalı, gəzməli, çay və kofe içib istirahət etməlidir. Çünki hipnoz uzun yolda 4-cü saatdan etibarən zirvəyə çatır. Ona görə də yolda olarkən müəyyən yerləri və nəqliyyat vasitələrini yadda saxlamaq lazımdır.
Yol qəzalarından sonra aparılan araşdırmalarda sürücülərin danışıqlarının böyük əksəriyyəti oxşar cümlələrdir: “Necə baş verdiyini anlaya bilmədim”, “Hər şey elə birdən oldu ki. Sadəcə vurduğumu xatırlayıram”.
Səyahət zamanı yuxusuz və yorğun olmaq, yolun yeknəsəkliyi, səyahət zamanı zehni olaraq başqa problemlərə diqqət yetirmək tətikləyici amillərdir.
Əgər insan yorğun və yuxusuzdursa, ağır yeməkdən sonra maşınına minibsə və ya ağlında mühüm bir məsələ varsa, maşınına minən kimi yol hipnozuna girə bilər.
Əslində, zehin intensiv olaraq bir mövzuya fokuslandıqda və ya maşın sürərkən mühüm telefon danışığı edərkən, beyin bütün enerjisini bu sahəyə yönəldə bilər, fərqli bir şüur vəziyyəti ilə avtomobil sürməyi yol hipnozuna çevirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol