Şuşa istiqamətində gedəcək sürücülərə xəbərdarlıq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib.

Bu barədə Sherg.az-a AAYDA-dan məlumat verilib.

Qeyd olunub ki, sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etmələri tövsiyə olunur.