
Taksi xidmətindən narazılıq artıb
Yusif Nəzərli
03:20 25.06.2022
Cəmiyyət
724
Ona görə sərnişinlər avtobuslardan istifadəyə üstünlük verir
Həm də ictimai nəqliyyatda aparılan islahatlar da effekt verməyə başlayıb
Cari ilin yanvar-may aylarında Azərbaycanda avtobuslarla daşınan sərnişinlərin sayı taksiyə minənlərin statistikasını ötüb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı illik müqayisədə 21.3 faiz artaraq 540 mln. 376.4 minə çatıb.
Avtobusla sərnişin daşınması 25.2 faiz artıb, taksi ilə isə əksinə, 21.4 faiz azalıb.
Görəsən, əhalinin taksilərdən daha az istifadə etməsi nə ilə bağlıdır?

Nəqliyyat eksperti Eldəniz Cəfərovun “Şərq”ə açıqlamasına görə, ilin birinci rübündə avtobusdan istifadə edən sərnişinlərin sayının artması yeni strukturların yaranması və bu sahədə aparılan islahatlarla bağlıdır:
”İslahatlar öz effektini göstərir. Cari ilin yanvar ayından şəhərlərarası daşınmada istifadə olunan avtobusların sayı artırılıb, eyni zamanda sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəlməsi ilə əlaqədar müəyyən işlər görülüb.
Hətta mart ayında əhali Novruz bayramı ilə bağlı olaraq paytaxt və digər iri şəhərlərdən bölgələrə avtobusla səyahət etməyə üstünlük verib. Həmin ərəfədə Bakıdan bölgələrə və ya əksinə 50 mindən çox vətəndaşın daşınması məhz avtobuslar vasitəsilə həyata keçirilib. Eyni zamanda Gəncə və Sumqayıtı istisna etməklə digər bölgələrə səfərlərin ancaq avtobusla həyata keçirilməsi, dəmiryol qatarlarının işləməməsi avtobusla sərnişin daşınmasının artımına səbəb olub. İşğaldan azad olunan rayonlarımıza edilən səfərlər də müvafiq avtobuslarla həyata keçirilir. Bunun da müəyyən təsiri var”.
Ekspertin sözlərinə görə, taksi ilə sərnişindaşımanın azalması isə insanların daha çox fərdi avtomobillərə üstünlük vermələri ilə əlaqəlidir. Mövcud statistikaya görə, ölkəmizə idxal olunan şəxsi avtomobillərin sayı günbəgün artır. Əksəriyyəti yararsız olsa belə: “Həm də taksi xidmətindəki bəzi çatışmazlıqlar sərnişinlərin taksidən istifadəsinə mənfi təsir edir. Vətəndaş taksi xidmətindən narazı olduğuna görə fərdi avtomobildən istifadəyə üstünlük verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi