Mənzillərə şəhər kontekstində yanaşmaq çox vacibdir. Çünki sağlam yaşayış üçün təkcə evin özü deyil, onun yerləşdiyi mühit də önəmlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Natali Roebbel deyib.
"Bizə sağlam məhəllələr, yaşıl zonalar, təhlükəsiz yollar və yaxşı nəqliyyat sistemi lazımdır. Bunlar insanların iş yerlərinə və məktəblərə çıxış imkanlarını artırır. Dayanıqlı və sağlam şəhərlərdən danışarkən məsələyə bütöv şəkildə yanaşmalıyıq və mənzil də bu sistemli yanaşmanın əsas sütunlarından biridir", - deyə N.Roebbel bildirib.