Valideynlərin “qızımı həkimə aparsam, kimsə almaz” düşüncəsinə SƏRT REAKSİYA
Fidan Həmişəyeva
12:26 16.08.2019
Cəmiyyət
1022
Tanınmış pediatr-həkim Vaqif Qarayev qız uşaqlarının zamanında tibbi müayinələrdən keçmədiyini deyib. Həkim təəssüflə bildirib ki, bu məsələdə xüsusilə valideynlərin rolu böyükdür.
Pediatrın sözlərinə görə, bəzi hallarda valideyn xüsusilə qız övladını həkimə aparmaqdan çəkinir. Səbəb isə ətrafdakı insanların düşüncələridir:
“Bizdə gənc qızları tibbi müayinədən keçirtmək intihar kimi bir şeydi. Nə qədər qeyri-ciddi səslənsə də valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar. Görən olar,qız evdə qalar deyə. Amma heç oğlanlar da tibbi müayinəyə meyilli deyil. Nəticə?-Bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır. Son illərin bəlası-sonsuzluq vaxtında aşkarlanmır. Ailə qurulur, tez də dağılır.
Kişi sonsuzluğu sürətlə artır. Bütün bəlaların baiskarı kimi ənənəvi olaraq qızları(gəlinləri) görürük. Səhv yanaşmadı. Oğlanlarda problemlər az deyil.
VVAQ üçün olan məcburi müayinələr təqdir olunasıdı. Amma spektr dardı. Yaxşı olar ki, elçilikdən, nişandan əvvəl gənclərimiz ailə chek up-dan keçirilsin ki, ciddi problemlər vaxtında aşkarlansın, yeni qurulan ailələr bir ildən sonra dağılmasın. Lütfən, maddiyyatı səbəb kimi göstərməyin. Yenə qeyri-ciddi səslənsə də deyəcəm- hər şeyə pul tapılır, sağlamlığa yox?!”.
Mövcud problemin yalnız Bakıda və regionlarımızda əksər ölkələrdə olduğunu deyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova“Sherg.az”a bildirdi ki, digər ölkələrdə də valideynlər övladlarını, xüsusilə qız uşaqlarını vaxtlı-vaxtında tibbi müayinələrdən keçirmirlər:
“Amma qadının sağlamlığı ilə bağlı həkimə müraciət etməsi lazımdır. Bu, olmadığı təqdirdə sonradan problemlər yaranır. Yəni, qız uşağının vaxtında həkimə getməməsi, müvafiq müayinələrin aparılmaması problemlərə yol açır. Hazırda elə xəstəliklər var ki, sonradan aşkarlanır. Bu baxımdan qız uşaqları vaxtında müayinələrə getsələr, neqativ hallar yaşanmaz. Həkimi tamamilə dəstəkləyirəm və belə aktual məsələni qaldırdığı üçün ona təşəkkür edirəm.
Ailə qurduqdan sonra qarşı tərəfə sübut etmək olmur ki, müəyyən xəstəliklər olub ya yox? Bu da bir ayrı problemdir. Bəzən isə qadınların boynuna qoyurlar ki, sən xəstə idin”.
M.Zeynalova vurğuladı ki, valideynlərin “qızımı həkimə aparsam ətraf pis düşünər və kimsə almaz” kimi yanaşması daha çox alqı-satqı məsələsinə bənzəyir:
“Yəni mənim malım sağlamdır, yaxşıdır, gözəldir. Amma qız uşağının zamanında tibbi yoxlamalardan keçməsi, bütün yaşı boyu keçirdiyi xəstəliklərdən tamamilə sağlam çıxmasına dair qeydiyyat heç kimdə yoxdur. Bəlkə də, ölkədə 80 faiz qız uşaqlarında bu məsələ kifayət qədər araşdırılmayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region