İspaniya millisinin və İngiltərənin “Arsenal” klubunun futbolçusu Martin Zubimendi karyerasını başqa komandada davam etdirə bilər.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı yarımmüdafiəçini yaxından izləyir.
Bildirilir ki, “Real Madrid” İspaniya millisinin digər üzvü Rodri Ernandeslə bağlı planları baş tutmadığından, əsas diqqətini Zubimendiyə yönəldib. “Kral klubu” qış transfer pəncərəsində Zubimendini heyətinə qatmaq imkanını da nəzərdən keçirir.
“Arsenal”ın futbolçu ilə bağlı mövqeyi isə hələlik bəlli deyil.
Qeyd edək ki, Martin Zubimendi 2026–2027 mövsümündə “Arsenal”ın heyətində Premyer Liqada 5, UEFA Çempionlar Liqasında 1, İngiltərə Liqa Kubokunda isə 1 oyun keçirib. O, Liqa Kubokunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.