Vatsapda təhlükəli oyun yayılıb – VALİDEYNLƏR DİQQƏTLİ OLSUNLAR!
Fidan Həmişəyeva
14:37 22.02.2020
Cəmiyyət
911
Son zamanlar uşaqlar arasında ölümlə nəticələnən təhlükəli oyun yayılıb. “WhatsApp” messenceri vasitəsilə paylaşılan və yayılan bu oyun bir sıra ekspertlərin narahatlığına səbəb olub. Oyuna əsasən, üç uşaq yan-yana dayanır. Əvvəlcə yandakı iki nəfər, az sonra ortadakı tullanır. Ortadakı tullandıqdan sonra yandakılar onun ayağına badalaq atırlar. Nəticədə, uşaq kürəyi üstə yerə yıxılır və başı yerə dəyir.
Məlumata görə, İsraildən başlayan və bütün dünyada yayılan oyuna görə artıq bir çox uşaq başından ölümcül travma alıb. Nəzərə alsaq ki, ölkəmizdəki məktəblilərin də mobil telefonlardan istifadəsi olduqca aktivdir. Məktəblilər smartfonlar vasitəsilə müxtəlif oyunlar yükləyirlər ki, bunların içində kifayət qədər zərərli olanları da mövcuddur. Bu isə həm zehni, həm psixoloji, həm də fiziki baxımdan uşaqlara mənfi təsir göstərir. Ona görə də valideynlərin belə məqamlarda diqqətli olması vacibdir.
Ölümcül travmalara səbəb olan oyunun əvvəllər də geniş yayıldığını bildirən sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında deyib ki, bəzən məktəblilər kobud oyunlarla həyatlarını təhlükə altına alırlar:
“Mənim məktəbli olduğum zamanlarda da belə oyunlar var idi. Uşaqlar bir-birini hoppandırıb badalaq vururdular. Əvvəllər də oğlan uşaqları bir-biri ilə kobud zarafatlar edirdilər. Ola bilsin ki, indi belə oyunlar trendə çevrilərək çox yayılsın, amma bu, yeni bir oyun deyil. Uşaqların bir-biri ilə daha kobud formada zarafatlaşdığının şahidi olmuşam. Məktəblərdə pilləkənlərin yuxarısından aşağıya doğru yoldaşını itələyən, pilləkənin məhəccərindən aşağıya sürüşən və aşağıda körpə uşaqlara zərblə dəyən böyük yaşlı məktəblilər olurdu. Uşaqlar kobud formalı oyunlar uyduraraq əylənməyə çalışırlar. Gərək onlar yaşana biləcək riskləri də anlasınlar. Fikrimcə, valideynlərin diqqətli olmasına çox ehtiyac var”.
Sosioloq qeyd edib ki, məktəbli uşaqların əlində vatsapdan istifadə etmə imkanı olan android sistemli telefonların olması düzgün deyil:
“Nə üçün məktəblilər smartfonlardan sərbəst istifadə etməlidirlər? Düşünürəm ki, uşaqlar müəyyən yaşa, məsələn, 18 yaşa qədər mobil telefonlardan uzaq durmalıdırlar. Bəzən belə deyəndə həmkarlarım, ya da mənimlə yaşıd olan analar etiraz edirlər ki, “indiki dövrdə uşaqların da smartfonu olmalıdır, biz uşaqlarımızla əlaqə saxlamalıyıq və s”. Valideynlərin uşaqları ilə əlaqə saxlamalarına bir söz demirəm, mənim övladımın da telefonu var. Amma bu telefon primitiv və sadə, heç bir funksiyası olmayan telefondur. Sadəcə zəng gəlib-gedir və mesaj yazılır. Məktəbdən çıxanda onunla əlaqə saxlamaq üçün həmin telefonu vermişik. Düşünürəm ki, övladı ilə əlaqə saxlamağı bəhanə edən valideynlər də bu yolu sınayaraq uşaqlarına adi telefon verə bilər. Əks halda valideynlər vatsap istifadə olunan smartfonları uşağa verirlərsə, nəticələrinə də hazır olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm