Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasını istəyirik - VİDEO

"Azərbaycan və Ermənistanın davamlı sülh sazişi imzalamasını istəyirik”.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh, sabitlik və firavanlıq üçün tarixi fürsət pəncərəsi açılıb. Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik", - XİN rəhbəri vurğulayıb.

Nazir bildirib ki, Türkiyənin boş xarici siyasət yürütmək şansı yoxdur: “Türk Dövlətləri Təşkilatı ilə əlaqələrimizi gücləndirəcəyik”.

Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyənin xarici işlər naziri Hakan Fidan:

Azərbaycan və Ermənistanın daimi sülh sazişi imzalamasını istəyirik.

Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh, sabitlik və firavanlıq üçün tarixi fürsət pəncərəsi açılıb.

Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik.