Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Tehrana səfərinin gündəliyini açıqlayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, fevralın 25-də Rusiya Lavrov İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçinin dəvəti ilə Tehrana işgüzar səfərə gedəcək.
“Xarici siyasət idarələrinin rəhbərləri yanvarın 17-də Moskvada yeni əsas dövlətlərarası sazişin imzalanması ilə rəsmi olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini ətraflı müzakirə edəcəklər.
Danışıqlar zamanı enerji və nəqliyyat sahələrində əsas müştərək layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verilməsi planlaşdırılır.
Görüşdə Suriya, Cənubi Qafqaz, Əfqanıstan, Yəmən, Fars körfəzindəki vəziyyət, Yaxın Şərq nizamlanması, Xəzər problemi, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət də daxil olmaqla bir sıra aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir”, - Rusiya XİN-in məlumatında qeyd olunub.