
Ermənistanın yol ayrıcında qaldığı bir vaxtda düz yolu seçməsi öz əlindədir -Politoloq
11:09 03.03.2025
Cənubi Qafqaz
502
Bu gün Ermənistan unikal yol ayrıcındadır: zaman və məkan, ideoloji və dəyər mənalarında. Dünyanın və ayrı-ayrı regionların mürəkkəb və tez-tez gözlənilməz çağırışlarla və qeyri-müəyyənliklərlə üzləşdiyi, güc yolu ilə hökmranlıq axtarışının davam etdiyi indiki şəraitdə diplomatik cəbhədə dayanan döyüşçünün işi həyati əhəmiyyət kəsb edir. Bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT-yə üzv olmalarının 33-cü ildönümü ilə bağlı qeyd edib. O vurğulayıb ki, dövlətimizin ətrafında dinc, təhlükəsiz və sabit mühit yaratmaq, həmin mühitdə iqtisadi inkişaf imkanlarını təmin etmək və beynəlxalq əməkdaşlığın müsbət gündəmini səmərəli şəkildə irəli sürmək günün vacib şərtidir. Missiyanı dərindən dərk etmək, sarsılmaz fədakarlıq, tükənməz enerji, çeviklik, peşəkarlığı effektiv şəkildə birləşdirməklə bu yolu uğurla keçmək mümkündür.
Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Ermənistan bütün sahələr üzrə yol ayrıcındadır:

“Ermənistan üçün hansı təhlükəsizlik sisteminə bağlı olması öndə olduğu kimi iqtisadi, ticarət və özünün əməkdaşlıq edəcəyi güc mərkəzləri də bu məsələdə ciddi yer alır. Çünki Ermənistan indiki vəziyyətdə Avropaya inteqrasiya xəttinə üstünlük versə də, onun Qərblə ticarət əlaqələri yüksək səviyyədə deyil. Eyni zamanda Ermənistanın Avropa standartlarına uyğun Qərbə ixrac edəcəyi məhsullar da yoxdur. Ermənistan dövlətinin və cəmiyyətinin ideoloji problemi mövcuddur. Nikol Paşinyan höküməti köhnə ideoloji düşüncəyə malik, qonşu dövlətlərə ərazi iddiaları ilə aldadılan xalqı gələcəyə aparmaq istəmir. Çünki belə vəziyyət Ermənistan müstəqil və suveren olmağına imkan vermir. “Dənizdən dənizə Ermənistan” kimi fikirləri Ermənistanın imkanları xaricindədir və onları icra etmək üçün mütləq hansısa güc mərkəzinə ehtiyac olacaq. Bu isə hər zaman qonşu ölkələrlə problem və təhlükəsizlik vəziyyəti yaradır. Belə olan halda ideoloji əsasları dəyişdirmək zərurəti ortaya çıxıb ki, Nikol Paşinyanın dediyi kimi mifik Ermənistandan real Ermənistana keçid qayəsi cəmiyyətə təqdim olunmalıdır. Cəmiyyət isə yeni konstitusiya ilə müstəqil Ermənistan qurmağa cəhd göstərməlidir. Hesab edirəm ki, Ermənistanın mövcud vəziyyəti yerinə yetirməsi üçün imkanları var. Hazırda Ukrayna və Rusiya cəhbəsində qeyri-müəyyənlikdir. ABŞ və Avropa İttifaqı arasında ciddi çatlar mövcuddur. Eyni zamanda NATO-nun gələcək prespektivi sual altındadır. Belə olan halda Ermənistanın təhlükəsizliyinə kim təminat verəcək?”.
Ekspert vurğulayıb ki, Ermənistanın yenidən Rusiyaya dönüş siyasəti dövriyyəyə buraxılmasa, onların yeganə seçimi qonşularla normal dostluq münasibətləri qurmasıdır:
“Həmin ölkələr Ermənistanın Qərbə və dənizlərə çıxışını təmin edəcək Azərbaycan və Türkiyədir. Ermənistan tezliklə Azərbaycanın ədalətli şərtlərini qəbul edib qonşularla normal şəraitdə yaşamağa üstünlük verərsə, bu İrəvan üçün ən böyük sığorta olardı. Çünki bu vəziyyət Ermənistanı izola halından çıxarır və onun yeni iqtisadi, ticari əlaqələr üçün yollarını açır. Ermənistanın yol ayrıcında qaldığı bir vaxtda onun düz yolu seçməsi öz əlindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həcc üçün yerlərin 60 fazizi doldu - QMİ vətəndaşlara üz tutdu
13:50 21.01.2026
Cəmiyyət
Bu peyvənd yaşlanmanı ləngidir
13:47 21.01.2026
Sağlamlıq
İranda etiraz aksiyalarında ölənlərin sayı 4 519-a çatdı
13:43 21.01.2026
Dünya
Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO
13:39 21.01.2026
Qarabağ
Prezident İlham Əliyev Davosda israilli həmkarı ilə görüşdü
13:21 21.01.2026
Gündəm
ÖNƏMLİ DİALOQ: Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək
13:10 21.01.2026
Gündəm
Parlamentin komitə iclasında 4 məsələ müzakirə ediləcək
13:04 21.01.2026
Gündəm
Sabah yollar buz bağlayacaq
12:55 21.01.2026
Ekologiya
Donald Tramp İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etdi
12:52 21.01.2026
Gündəm
Şahbanu İranda “Milli Matəm” elan etdi
12:50 21.01.2026
Dünya
Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər
11:51 21.01.2026
Aktual
Bir gecədə 6 velosiped oğurlayan şəxs saxlanıldı
11:37 21.01.2026
Hadisə
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
11:26 21.01.2026
Gündəm