Ermənistan öz ərazisi vasitəsilə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqənin qurulması üçün nəzarət prosedurlarını sadələşdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Azərbaycanın ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa marşrut üzrə keçidi təmin etmək məqsədilə biz müasir mexanizmlərdən istifadəni təklif etmişik. Məsələn, fiziki yoxlamaların minimuma endirilməsi üçün elektron skan sistemlərinin tətbiqini irəli sürmüşük. Həmçinin yüklərin hərəkətinin sürətlənməsi üçün elektron bəyanetmə sisteminin tətbiqini təklif etmişik. Bundan əlavə, keçidin təhlükəsizliyinin təmin olunması üçün sığorta mexanizmlərindən istifadəni də təklif etmişik. Bizə məlum olan ilkin məlumata əsasən, Azərbaycan tərəfinin bu təkliflərə ilkin reaksiyası müsbət olub”,- nazir qeyd edib.