İran Rusiya qazını Azərbaycan vasitəsilə daşımaq istəyir

“İran ümid edir ki, tezliklə Rusiya qazını Azərbaycan üzərindən nəql etməyə başlaya biləcək, “Qazprom”la demək olar, bütün məsələlər artıq həll olunub”.

Teleqraf xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS agentliyinə müsahibəsində bildirib.

“Ümid edirik ki, bu, tezliklə baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmaq lazımdır. Əgər bu məsələ həll olunarsa, o zaman hər şey işə düşəcək”, - o qeyd edib.

Rusiya energetika naziri Sergey Tsivilev bundan əvvəl bəyan etmişdi ki, mövcud infrastrukturdan istifadə etməklə Rusiya qazının Azərbaycan ərazisi ilə ilk nəqlinə 2025-ci ildə başlanacaq, həcmi ildə 1,8 milyard kubmetrə çatacaq.