İvanişvili: Xəyanətə uğradıq
Yusif Nəzərli
07:28 01.10.2025
Cənubi Qafqaz
332
“Aydın dərk etməliyik ki, bu gün yenidən ülgüc kənarından keçirik və sürüşmək imkanımız yoxdur. Etiraf etməliyik ki, suverenlik və müstəqillik uğrunda gedən mübarizə daimi sayıqlıq tələb edir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili deyib.
Partiya lideri hakimiyyətdə olduqları müddətdə müəyyən səhvlərə yol verdiklərini, xəyanətlə üzləşdiklərini də bildirib:
“Əlbəttə, bu 13 il ərzində səhvlər olub, amma xoşbəxtlikdən bunlar nə suverenliyimizə, nə fiziki varlığımıza təhlükə yarada biləcək böyüklükdə, nə də düzəldilməsi və ya aradan qaldırılması mümkün olmayan səhvlərdir.
Şəxsən mənim üçün ən acınacaqlısı odur ki, bu illər ərzində komandamızın daxilində də elə məkrli xəyanətlər olub ki, bu da “Gürcü Arzusu”nu böhran qarşısında qoymaqla yanaşı, real inkişaf trayektoriyasından yayınma, gürcü xalqı və ölkəmiz üçün xarici maraqlara tabe olan qüvvələrin hakimiyyətə qayıdışı təhlükəsi yaradıb. Əvvəllər komandamızın bəzi üzvləri nüfuzlu xarici güclərə tabe olmağı və ya şəxsi rahatlığı vətəndaşlarımızın maraqlarından üstün tutaraq, bunun onlara böyük fayda gətirəcəyinə inanırdılar. Nəticədə komandanın və ölkənin rifahını bir kənara qoymuşdular. Ancaq buna da dözdük! 2011-ci ildən gürcü cəmiyyəti və müdrik xalqımızın məni dəstəklədi və bunu saxlamaqda davam edir, bizim hər bir çətinliyin öhdəsindən gələcəyimizə inamımı gücləndirir”.
Bidzina İvanişvili cəmiyyəti oktyabrın 4-də keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb:
“Oktyabrın 4-də bugünkü mübarizəmizin seçki məntəqələrinə getmək, azad seçim etmək, sülh və sabitliyi qorumaqdan ibarət olduğunu bir daha nümayiş etdirmək imkanımız var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm