Saakaşvili: Gürcüstanda inqilab qaçılmazdır
09:26 03.10.2025
Cənubi Qafqaz
259
“Gürcüstanda inqilab qaçılmazdır, amma 2003-cü ildən fərqli olaraq bu, partiya inqilabı olmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.
“Partiya cəbhəsində baş verənlər mənə aydındır. İki partiya oliqarxın (Bidzina İvanişvilinin) “müxalifətinə” sadiq qalmağa və İvanişvilini devirmək üçün mübarizə aparan siyasi partiyaları kənara qoymağa çalışır. Bu loyal partiyalardan birinin maliyyə rıçaqları var”.
Televiziyalara baxın, son vaxtlar əvvəlkindən daha tez-tez Milli Hərəkat nümayəndələrini (bu, məni çox sevindirir) dəvət edib onlara eyni sualları verirlər: “Məğlubiyyətin məsuliyyətini öz üzərinizə götürürsünüz?”, “Ayın 4-də hər şey bitməsə, nə olacaq?”.
Bunlar özlüyündə haqlı suallardır, amma onların daim təkrarlanması açıq şəkildə göstərir ki, “sadiq müxalifət” etiraz hərəkatının uğursuzluğuna və rəqabət aparan partiyaların nüfuzdan düşməsinə ümid edir. Başqa sözlə, onlar bütün mərclərini Rusiya rejiminin salamat qalmasına qoyublar. Bu mövqeyin nə qədər əxlaqlı olduğunu özünüz mühakimə edə bilərsiniz.
Gürcüstanda inqilab qaçılmazdır, amma 2003-cü ildən fərqli olaraq bu, partiya inqilabı olmayacaq”, - sabiq prezident bildirib.
Xatırladaq ki, oktyabrın 4-da Gürcüstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol