Ermənistan XİN rəhbəri: Yerevan Moskva ilə əlaqəni kəsməyə çalışmır

“Ermənistan hakimiyyəti Rusiya ilə əlaqələri kəsməyə çalışmır və bunu beynəlxalq tərəfdaşlarına çatdırıb”.

APA xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Ermənistan hökumətinin Rusiyanı Ermənistandan çıxarmaq və ya siyasi və ya iqtisadi əlaqələri kəsmək gündəliyi yoxdur. Belə bir gündəm yoxdur, belə bir siyasət yürüdülmür. Anlaşılmazlıqların qarşısını almaq üçün bu, birbaşa beynəlxalq tərəfdaşlara çatdırılır", - Mirzoyan deyib.

O, həmçinin əlavə edib ki, Rusiya hərbi bazasının ölkədən çıxarılması da Ermənistan hökumətinin gündəliyində deyil.