Ermənistana 150 milyon dollarlıq yeni kredit ayrılır

Ermənistan Asiya İnkişaf Bankından 150 milyon dollar kredit götürür.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, İrəvan bu gün keçirilən hökumət iclasında Ermənistanla Asiya İnkişaf Bankı arasında “Maliyyə Sabitliyi və Maliyyə Bazarının İnkişafı Proqramı - Alt Proqram 3” kredit müqaviləsini təsdiqləyib:

“Bu müqavilənin imzalanması “2025-ci il üçün dövlət büdcəsi haqqında” qanunun icrasını təmin etmək zərurətindən irəli gəlir. Hökumət 2025-ci il üçün illik borclanma proqramı hazırlayıb, bu proqrama əsasən, Asiya İnkişaf Bankı da daxil olmaqla beynəlxalq maliyyə qurumlarından alınması planlaşdırılan büdcə dəstəyinə görə nəzərdə tutulan kredit vəsaitlərinə ehtiyac təxminən 675 milyon dollar olaraq qiymətləndirilir. Bunları nəzərə alaraq, Ermənistan Maliyyə Nazirliyi AİB vəsaitlərindən 150 milyon dollarlıq büdcə dəstəyi kreditinin cəlb edilməsi prosesinə başladı. Kredit üzrə üzən faiz dərəcəsi 4,66% olacaq. Kreditin müddəti 3 illik güzəşt müddəti daxil olmaqla 15 ildir”.