Paşinyan Azərbaycanla sülh sazişini parlament seçkisindən qabaq imzalamaq niyyətindədir

"Ermənistanda parlament seçkisinə qədər ölkə hakimiyyətinin gündəliyində Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsi var".

Oxu.Az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Mənim belə bir gündəliyim var. Gündəlikdə ötən ilin dekabrında, yanvarında, oktyabrında, aprelində imzalamaq var idi, çünki sülh sazişi layihəsi üzrə müzakirələr ötən ilin mart ayında başa çatıb. Beləliklə, işləməyə davam edəcəyik", - deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkisi 2026-cı il iyunun 7-də keçiriləcək.