
Paşinyan Kilsə ilə savaşa hazırlaşır: Ermənistan siyasi və dini böhran ərəfəsindədir
05:40 31.07.2025
Cənubi Qafqaz
1512
Ermənistan Baş naziri Nikol Paşinyan və Kilsə arasındakı gərginlik yeni mərhələyə keçid edib. Hazırkı qarşıdurmanın nəticələri İrəvanın siyasi rəqibləri üçün də maraqlıdır. Bəzi ekspertlərin fikrincə, əgər Kilsədə aparılacaq struktur və idarəetmə islahatları uğurla həyata keçirilərsə, bu, Paşinyanın mövqeyini möhkəmləndirəcək. Həmçinin, rəqiblərinin zəifləməsinə, hətta siyasi arenadan tamamilə çıxmasına səbəb olacaq. Qeyd edək ki, Kilsə Ermənistanın təkcə daxili məsələsi deyil. Üçmədzinin son 200 illik tarixi Rusiyaya bağlıdır. Rəsmi Moskva Cənubi Qafqazı işğal etdikdən sonra Üçmədzinlə təmaslara girib və bu əlaqələr bu gün də davam edir. Kilsənin arxasındakı güclərdən biri də erməni diasporu, lobbidir. O baxımdan Kilsənin yıxılması Ermənistan üçün dönüş nöqtəsi sayılır. Baş nazirin istəyinə nail olub-olmayacağını zaman göstərəcək.
Politoloq İlqar Vəlizadə deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın istəyi, məqsədi bəllidir. Ekspert vurğulayıb ki, Paşinyan Ermənistan daxilindəki siyasi səhnəni elə tənzimləmək istəyir ki, növbəti parlament seçkilərində qələbə qazansın:

"Paşinyanın məqsədi açıqdır. Baş nazir yoluna çıxacaq, ona müqavimət göstərəcək bütün qüvvələri neytrallaşdırmaq istəyir. Lakin qeyd etmək lazımdır ki, Kilsə bir qədər siyasi-ictimai qüvvədir. Yəni Paşinyan üçün digər rəqiblərlə müqayisədə Kilsə ilə bacarmaq çətin olacaq. Çünki mövcud qanunvericiliyə görə, Kilsə daxilində rəhbərlik orqanlarının formalaşması, məsul şəxslərin seçimləri sırf Kilsə daxilində həyata keçirilir. Kənardan, xüsusən dövlət əliylə, təzyiqi ilə Kilsədə rəhbərlik, idarəetmə formalaşmır. Digər tərəfdən Paşinyanın Kilsədə tərəfdarları çox deyil. Əgər baş nazir Kilsədə öz tərəfdarlarının sayını artıra və onları həmrəy edə bilərsə, həmin qüvvələr üstünlük qazanaraq Apostil Kilsəsinin başçısı II Qaregini devirə bilərlər. İndiki məqamda bu, heç də mümkün və asan görünmür. O baxımdan Paşinyan bu istiqamətdə hələ çox çalışmalı, mübarizəsini davam etdirməlidir. Yəqin ki, proseslər getdikcə daha da gərginləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4 metrlik timsah gənc qadına hücum etdi: Son arzusu ürək dağladı
17:33 18.07.2026
Hadisə
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
16:57 18.07.2026
Dünya
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:48 18.07.2026
Hadisə
Ermənistanın xeyrinə gizli plan hazırlanır? - ŞƏRH
16:43 18.07.2026
Gündəm
ABŞ-nin İrana zərbələri: Ölənlərin sayı 50-yə çatıb
16:11 18.07.2026
Gündəm
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə – Fransa dueli
15:55 18.07.2026
Futbol
Xameneinin ilk beynəlxalq təması Putinlə ola bilər
15:07 18.07.2026
Gündəm
“Real Madrid” Rodri transferi üçün qərarını dəyişdi
14:46 18.07.2026
Futbol
İran: ABŞ bazalarına yeni zərbələr endirmişik
14:40 18.07.2026
Dünya
Hakan Fidan Qətərə rəsmi səfər edəcək
14:34 18.07.2026
Dünya
“Qarabağ”ın oyunu italiyalılara həvalə olunub
14:32 18.07.2026
Futbol
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
14:03 18.07.2026
Hadisə
Livan Prezidenti Trampla danışıqlar aparmaq üçün ABŞ-a səfər edib
13:37 18.07.2026
Dünya